Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir

© REUTERS / Kevin LamarqueFED-in binası, arxiv şəkli
FED-in binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabrın 25-26-da keçirdiyi son iclasın protokollarını dərc edib

BAKI, 19 oktyabr — Sputnik. ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabrın 25-26-da keçirdiyi son iclasın protokollarını dərc edib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, FED son iclasın protokollarında mərhələli şəkildə faiz artımına davam edəcəyi siqnalını verib.

Protokollarda faiz artırılması qərarının iqtisadiyyatın gücünü əks etdirdiyi vurğulanıb. Qeyd edək ki, FED son iclasda faizi 1,75-2 faiz aralığından 2-2,25 faiz aralığına qaldırıb.

Sənədlərdə deyilir ki, FED üzvləri əlavə faiz artımının iqtisadi artım və 2 faizə yaxın inflyasiya ilə böyük ehtimalla uyğun olacağını proqnozlaşdırıb.

Analitiklərin fikrincə, FED bu ili 4 faiz artımı ilə başa çatdırmaq planını həyata keçirmək məsələsində qətiyyətini qoruyur.

FED-in bu il 18-19 dekabr tarixlərində son iclası keçiriləcək. Dekabr iclasında FED-in faiz artırması ilə bağlı bazar gözləntisi artıq 80 faizi keçib.

Xəbər lenti
0