ABŞ mətbuatı: Səudiyyəli jurnalisti öldürən şəxs məlumdur

© Photo : Middle East Monitor / Handout via REUTERSJurnalist Camal Xaşoqqi, arxiv şəkli
Jurnalist Camal Xaşoqqi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp kürəkəni Cared Kuşnerin qayınatasından Məhəmməd ibn Salmanı dəstəkləməsini istəyib

BAKI, 19 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı hökuməti jurnalist Camal Qaşıqçının qətlində vəliəhd şahzadə Məhəmməd ibn Salmanın müşavirlərindən olan general Əhməd əl Assiriyi məsul tutmağa hazırlaşır.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Plana görə Səudiyyə Ərəbistanı rəhbərliyi deyəcək ki, həmin general Qaşıqçını tutmaq səlahiyyətini ya səhv anlayıb, ya da səlahiyyətlərini aşaraq onu öldürüb.

Bundan öncə Yəmənə hərbi müdaxilə edən general Assiri vəliəhd şahzadəyə ən yaxın adamlardan biri olaraq bilinir.

Bu arada ABŞ prezidenti Donald Tramp kürəkəni Cared Kuşnerin qayınatasından Məhəmməd ibn Salmanı dəstəkləməsini istəyib. Kuşner zamanla bu hadisənin unudulacağına ümid etdiyini bildirib.

Xəbər lenti
0