CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt qatarının sərnişinlərinin nəzərinə

© Sputnik / Murad OrujovПоезд Stadler на бакинском железнодорожном вокзале
Поезд Stadler на бакинском железнодорожном вокзале - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə ətraflı məlumatı daim yenilənən www.ady.az saytından əldə edə bilərsiniz

BAKI, 19 oktyabr — Sputnik. Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O, bildirib ki, Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar 19.10.2018-ci il saat 00-00-dan etibarən 31.10.2018-ci il (daxil olmaqla) saat 00-00-dək "Texniki fasilə" verilir. Bununla əlaqədar olaraq 22.10.2018-ci il tarixdən etibarən 31.10.2018-ci il (daxil olmaqla) tarixinədək həftənin I-V günləri Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

20, 21, 27, 28/10-2018-ci il tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə ətraflı məlumatı daim yenilənən www.ady.az saytından əldə edə bilərsiniz.

Xəbər lenti
0