BAKI, 19 oktyabr — Sputnik. Hindistanın şimal-qərbində yerləşən Pəncab əyalətinin Amritsar şəhəri yaxınlığında qatar dini bayramda iştirak edən insanların üstündən keçib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, olay nəticəsində ən azı 50 nəfər ölüb, onlarla adam yaralanıb.
— EconomicTimes (@EconomicTimes) October 19, 2018
Qəzanın baş verdiyi vaxt dəmiryol xətlərinin üzərində 500-700 insanın olduğu bildirilir. Onlar “Ramayana” eposunun qəhrəmanlarından biri — Ravananın müqəvvasının yandırılması mərasimini izləyirmişlər.
Yerli hakimiyyət orqanları yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirərək, ölənlərin sayının artacağını istisna etmirlər.