Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zığ şossesində uçqun oldu, piyada yolunda təhlükə yarandı — VİDEO

© © Foto: ETSN mətbuat xidmətiZığ şosesində uçqun, 18 oktyabr 2018-ci il
Zığ şosesində uçqun, 18 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Divarın digər hissəsində qabarmalar müşahidə olunur

BAKI, 18 oktyabr — Sputnik. Bu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən xəbər verilib.

Məlumata görə, uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.

Xatırladaq ki, artıq bir neçə gündür Badamdar ərazisində də aktiv sürüşmə-uçqun baş verir.

Xəbər lenti
0