Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qoz ağacından yıxıldı, öldü

CC BY-SA 2.0 / Avi / Walnut TreeQoz ağacı, arxiv şəkli
Qoz ağacı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
21 yaşlı oğlan qoz yığan zaman budağın qırılması nəticəsində yıxılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Qax sakini dəhşətli hadisənin qurbanı olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Qax rayonu Güllük kəndində baş verib.

Belə ki, Güllük kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Elşad Ələkbər oğlu öz həyətlərində qoz ağacından yıxılaraq, ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

İlkin məlumata görə, 21 yaşlı oğlan qoz yığan zaman budağın qırılması nəticəsində yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0