Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türkiyəlilər azərbaycanlı aktrisanı "ağ yuyub qara sərdilər"

Abunə olmaq
Türkiyəli sosial şəbəkə istifadəçiləri Fransanın Kann şəhərində keçirilən Beynəlxalq Kommunikasiya Proqramları Bazarı sərgisində iştirak edən azərbaycanlı aktrisa Nəsrin Cavadzadəni lağa qoyublar.

BAKI, 18 oktyabr — Sputnik. Türkiyəli sosial şəbəkə istifadəçiləri Fransanın Kann şəhərində keçirilən Beynəlxalq Kommunikasiya Proqramları Bazarı sərgisində iştirak edən azərbaycanlı aktrisa Nəsrin Cavadzadəni lağa qoyublar.

Bu barədə Sputnik Azərbaycan Cavadzadənin "Instagram" sosial şəbəkəsində paylaşılmış şəklinə yazılan şərhlər əsasında xəbər verir. "Baymagazin" İnstagram hesabında Cavadzadənin Kannda parlaq qızılı rəngdə paltarda çəkilmiş şəklini paylaşaraq sual verib ki, "sizcə bu geyim gözəlmi, gülüncmü?" İzləyicilərin əksəriyyəti onun geyiminin, saç düzümünün bərbad və gülünc olduğunu, bu cür gözəl qızın özünü necə də pis hala saldığını yazıblar.

Qeyd edək ki, sözügedən sərgi dünya televiziya sənayesinin vacib hadisələrindən biridir. Cavadzadənin bu tədbirdə iştirakı onun Netflix şirkətinin istehsalı olan "Kağız ev" serialında oynadığı rolla bağlıdır. Orada aktrisa İstanbul adlı qızın obrazını canlandırır.

Cavadzadə festivalda məşhur türk "Sudi Etuz" markasından olan qızılı rəngli geyim geyinib. Türkiyə KİV-ləri onun stilini yüksək qiymətləndirib və qeyd ediblər ki, Cavadzadə tədbirdə öz geyimi ilə əsl hadisə yaradan sıçrayış edib. Lakin türk sosial şəbəkə istifadəçiləri bunun əksini düşünürlər. Onlar aktrisanın seçimini qətiyyən bəyənməyiblər.

Nəsrin Cavadzadə məşhur Azərbaycan akademiki Mirməmməd Cavadzadənin nəvəsidir. Hazırda aktrisa Türkiyədə yaşayır. O, bir çox türk filmləri və seriallarda çəkilib. "Yaxşı günlər qabaqdadır" və "Quzu" filmlərində oynadığı rollara görə, Cavadzadə iki dəfə Türkiyənin məşhur "Qızıl portağal" kino mükafatına layiq görülüb. O, "İkinci planda ən yaxşı qadın roluna" və "Ən yaxşı qadın roluna görə" nominasiyalarında "Qızıl portağal"ı qazanıb.

Xəbər lenti
0