BAKI, 18 oktyabr — Sputnik. Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirinin işdən azad edilməsi ilə bağlı qərar verib. Sputnik Azərbaycan bu barədə Nazirlər Kabinetinin rəsmi saytına istinadla xəbər verir.
Baş nazirin əmri ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən, Günəş Vəliyeva isə Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Baş nazir hər iki şəxsin dövlət qulluğuna xitam verib. Hələlik onların yerinə təyinat yoxdur.