Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş məhkumu ağır yaraladılar: Hadisənin harada və kimin törətdiyi naməlumdur

CC0 / niekverlaan / KnifeBıçaqla zərbə
Bıçaqla zərbə - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sutka ərzində Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKI, 18 oktyabr — Sputnik. Ötən sutka ərzində Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb. Nəsimi rayon Polis İdarəsi oktyabrın 17-də günorta saatlarında törədilmiş bıçaqlama hadisəsini araşdırır.

Nəsimi RPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hələlik yalnız o məlumdur ki, 1990-cı il təvəllüdlü paytaxt sakini Məmmədov Məmməd Fərhad oğlu qarın nahiyəsindən aldığı bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusiyada cinayət törətdi, Bakıda tutuldu
Araşdırma zamanı Məmmədovun əvvəllər oğurluq üstündə məhkum olduğu üzə çıxıb. Hazırda onun kim tərəfindən və harada bıçaqlandığı məlum deyil. Nəsimi RPİ-nin 19-cu polis bölməsinin əməkdaşları bunu araşdırmaqla məşğuldurlar. Şübhəlinin şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, bu sutka ərzində daha bir bıçaqlanma hadisəsi də Qaradağ rayonunda qeydə alınıb. Qaradağ RPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü Dadaşov Elnur Eldar oğlu Lökbatan qəsəbəsində sinəsindən bıçaq zərbəsi alıb. O, Kliniki Tibbi Mərkəzə aparılıb. Görülən tədbirlər nəticəsində oktyabrın 17-də Qaradağ RPİ-nin əməkdaşları Lökbatan sakinini bıçaqlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Məlum olub ki, o, yerli sakin, 2001-ci il təvəllüdlü Şahbalayev İkram Hikmət oğludur.

İlkin məlumatlara görə, bıçaqlanmadan bir qədər əvvəl həmin gənclər qəsəbədəki kafedə oturaraq birlikdə spirtli içki qəbul ediblər. Sonra sərxoş vəziyyətə düşmüş gənclər kafeni tərk ediblər. Küçədə onların arasında mübahisə yaranıb. Mübahisə söyüş və münaqişə ilə əvəzlənib, bıçaqlanma ilə nəticələnib. Qəsdən sağlamlığa ağır ziyan vurmaqla bağlı cinayət işi açılıb. İşlə bağlı araşdırma davam edir.

Xəbər lenti
0