BAKI, 18 oktyabr — Sputnik. İŞİD terrorçuları Suriyada 700 nəfəri girov götürüb.
"Report" xəbər verir ki, bu barədə Suriyanın hərbi-diplomatik dairələrindən məlumat yayılıb.
Bildirilir ki, terrorçular Əl-Bəhrə yaşayış məntəqəsindəki qaçqınlar düşərgəsinə hücum ediblər. Onların girov götürdükləri şəxslər arasında Qərbi Avropa ölkələrinin də vətəndaşları var.
İŞİD silahlılarının nəzarəti altında 130-a yaxın ərəb ailəsi Hacindən çıxarılıb.