Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Yeni brendimiz məhz belə görünür

Abunə olmaq
Azərbaycan yeni milli turizm brendini təqdim edib. Artıq Odlar Diyarı öz gözəlliklərini və nemətlərini dünyaya “Take Another Look” şüarı altında təklif edəcək.

Bu gün Bakıda keçirilmiş birinci Milli Turizm Sammiti çərçivəsində ölkənin yeni brendi və şüarı təqdim edilib. Dövlət Turizm Agentliyinin Mətbuat Katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, "Take Another Look" (Yenidən fərqli baxışla bax) şüarı altında təqdim olunan iki "a" hərfi Azərbaycanın bütün gözəllikləri və incəliklərini  tərənnüm edir. K. Quluzadənin fikrincə brend və şüarın dəyişməsi Azərbaycanı daha da cəlbedici edəcək.

Qeyd edək ki, yeni brend dünyanın brendinq üzrə tanınmış şirkəti "Landor" tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brend yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir.

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək "Dünya Səyahət Bazarı" (London WTM) sərgisində baş tutacaq.

Xəbər lenti
0