BAKI, 18 oktyabr — Sputnik. Bakıda Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər.
Məlumata görə, ikitərəfli məsləhətləşmələrdə iştirak etmək üçün Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycana səfərə gəlib.