SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qonşuda eks-prezident öz siyasi rəqibinin qətlində ittiham olunur

© Sputnik / STR / Mediabanka keçidSaakaşvili
Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili İşlər Nazirlyinin keçmiş əməkdaşları Q.M, L.K və R.Ş həbs edilib

BAKI, 17 oktyabr — Sputnik. Gürcüstanın Baş Prokurorluğu müəyyən edib ki, milyarder Bədri Patarkasişvilinin qətlinə eks-prezident Mixail Saakaşvili fərman verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qətlə hazırlıq maddələri ilə Daxili İşlər Nazirlyinin keçmiş əməkdaşları Q.M, L.K və R.Ş həbs edilib.

Пассажиры на одной из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
Bakı metrosunda Gürcüstan vətəndaşı ölüb

Məlumata görə, axtarış zamanı şübhəlilərdən birində 2007–ci ilin 4-5 fevral ayına aid iki audioyazı tapılıb. 

"Səs yazısına görə, ittiham olunanlardan biri olan Q.D. Patarkasişvilinin mühafizəçisini bu əməliyyata qoşmaq istəyib. Söhbət zamanı Q.D. təsdiq edir ki, Bədri Patarkasişvili onların siyasi rəqibi və ölkə rəhbərliyi ilə düşmən olduğu üçün Saakaşvili tərəfindən ölümünə fərman verilib" — deyə prokurorluğun məlumatında bildirilib.

Məlumatda bildirilir ki, ikinci səs yazısında keçmiş məmurlar cinayətə hazırlığı müzakirə edirlər. Onlar iş adamının əhatəsində olanların siyahısnı hazırlayır. Mühafizəçi ona iş adamının gündəlik marşurutunu açıqlayır.

Eyni zamanda onlar cinayətin müxtəlif versiyalarını, xüsusən də təbii ölümə səbəb olan maddə ilə zəhərlənmə faktını nəzərdən keçiriblər. 

Fazil Mustafa - Sputnik Azərbaycan
Gürcüstanda prezident seçkilərində soydaşlarımız kimi dəstəkləsin - Deputat şərhi

Həbs edilmiş keçmiş məmurları 16-20 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Fakt üzrə istintaq davam edir. Xatırladaq ki, Gürcüstanın ən varlı şəxslərindən olan Bədri Patarkasişvili Saakaşvilinin rəhbərlik etdiyi dövrdə hakimiyyətə qarşı çıxırdı. O 2008-ci il fevralın 12-də qəflətən London yaxınlığındakı villasında dünyasını dəyişib. Həkimlərin dəyərləndirməsinə görə, ölümə səbəb ürəyin işemik xəstəliyi olub.

Qeyd edək ki, ölümünə bir neçə ay qalmış iş adamı siyasətlə məşğul olmağa başlayıb. İş adamı yeni bir müxalifət partiyası yaratdığını və prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Hazırda Patarkasişvilinin ailəsi "İmedi" teleşirkətinin və Rustavi Metallurgiya zavodunun sahibidir.

Xəbər lenti
0