Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Krımda terror aktının qurbanlarının sayı 18-ə çatdı

© Sputnik / Stringer / Mediabanka keçidKrımda terror aktı
Krımda terror aktı - Sputnik Azərbaycan
Abunə olmaq
Terror aktını 22 yaşlı Kerç sakini törədib

BAKI, 17 oktyabr — Sputnik. Krımın Kerç şəhərində Politexnik kollecində əldəqayırma partlayıcı qurğu işə salınıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində ölən və xəsarət alanların böyük əksəriyyəti yeniyetmələrdir. 

Krımda terror aktı - Sputnik Azərbaycan
Krımda güclü partlayış olub, xeyli sayda ölü və yaralı var

"Müstəntiqlər hadisə şahidlərin dindirilməsi və müşahidə kameralarındakı görüntüləri öyrənməyə başlayıblar", — deyə Petrenko bildirib.

Bu arada Rusiya İstintaq Komitəsi Kerç şəhərində Politexnik kollecində törədilən partlayış nəticəsində ölənlərin sayının artığını bildirib: "Hazırda 18 nəfərin öldüyü, təxminən 50 nəfərin xəsarət aldığı məlumdur".

Bu arada Krımın rəhbəri Sergey Aksenov "Rossiya – 24" telekanalının efirində Kerç kollecində terror aktını törətməkdə şübhəli bilinən şəxs barədə danışıb.

Aksenovun sözlərinə görə, terror aktını 22 yaşlı Kerç sakini törədib. O, kollecin 4-cü kurs tələbəsi olub. Terrorçu özünü öldürüb.

Xəbər lenti
0