BAKI, 17 oktyabr — Sputnik. Haiti prezidenti Jovenelya Moizaya sui-qəsd cəhdi olub.
"Report" xəbər verir ki, hadisə Haiti dövlətinin banisi Jan-Jak Dessalinin vəfatının ildönümünə həsr edilmiş rəsmi mərasimdə baş verib.
İlkin məlumata görə, silahlılar prezidentin olduğu tribunaya atəş açıblar. Atəş zamanı iki nəfər yaralanıb. Onlar dövlət başçısının mühafizə xidmətinin əməkdaşlarıdır.
Haiti lideri təhlükəsiz yerə təxliyyə edilib. O, hadisə zamanı xəsarət almayıb.
Hüquq-mühafizə orqanları sui-qəsd cəhdini törətmiş cinayətkarların axtarışına başlayıb.