Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraitindən xəbərdar olun

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb

BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Дождь, фото из архива - Sputnik Azərbaycan
Nazirlik hava xəbərdarlığı edir

ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 16-sı axşamdan 17-si səhərədək Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-27, Astarada 4, Neftçala, Göyçay, Şamaxıda 0.4-1 mm olub.

ETSN-nin məlumatında o da qeyd olunub ki, gün ərzində Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gündüz 18-20, axşam 15 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0