CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir "yaranın üstü açılıb" - VİDEO

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlər düşdükləri durumdan şikayətçidirlər, rəsmi qurum isə onların özlərini günahlandırır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Səbail rayonu Bayıl qəsəbəsi Vüqar Muradov küçəsinin sakinləri üzləşdikləri durumdan şikayətçidirlər. Onlar Sputnik Azərbaycan-a göndərdikləri müraciətdə bildirirlər ki, yağışlar yağan kimi küçədən keçmək mümkün olmur.

"25 ildir ki, yağış və kanalizasiya sularından əziyyət çəkirik. Yağış yağan kimi evdən çölə çıxmaq mümkün olmur. Səhər uşaqlar məktəbə, böyüklər işə gecikir. Çünki dizdən aşağı sel gedir ərazidən. Şəhərin mərkəzi hesab edilən ərazilərdə küçələrin bu vəziyyətdə olması biabırçılıqdır" — şikayətçilər qeyd edirlər.

Sakinlər redaksiyamıza küçədə mövcud durumu əks etdirən video-görüntü də göndəriblər.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən (SRİH) Sputnik Azərbaycan-a bildirilib ki, ərazidə olan bütün evlər qeyri-qanuni tikilmiş "gecəqondulardır": "Orada kanalizasiya sistemi, ümumiyyətlə, yoxdur. Küçə sakinləri kanalizasiya sularını şambalara axıdırlar. İcra Hakimiyyətinin müraciəti əsasında 20-ci sahə ərazisində kanalizasiya sisteminin qurulması dövlət proqramına daxil edilib. Ancaq bu proqramın nə zaman reallaşacağı hələlik məlum deyil".

Xəbər lenti
0