Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq yazıçısı əsəbləşdi: "Ağıldankəmlər..."

© Sputnik / Murad OrujovПредседатель Фонда стран Черного и Каспийского морей, профессор, доктор юридических наук Чингиз Абдуллаев
Председатель Фонда стран Черного и Каспийского морей, профессор, доктор юридических наук Чингиз Абдуллаев - Sputnik Azərbaycan
Abunə olmaq
"Dayaz ağıllıların rəzil xüsusiyyəti öz mənəvi miskinliyini başqalarının adına yazmaqdır"

BAKI, 16 oktyabr — Sputnik. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev dünən mətbuatda yayımlanmış fikirlərinin təhrif olunduğunu deyir. Sputnik Azərbaycan xəbər verir ki, yazıçı bu barədə öz "Facebook" səhifəsində yazıb.

Millət vəkili Elmira Axundova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili “Xalq yazıçısı” adı aldı

Ç.Abdullayev bildirib ki, ona təhsil haqqında sual verilib: "Mən cavabımda qeyd etdim ki, müstəqil dövlətdə işləmək və yaşamaq üçün dövlət dilini bilmək vacibdir. Və hər kəs onu bilməyə borcludur".

"Balzakın parlaq bir fikri var: "Dayaz ağıllıların rəzil xüsusiyyəti öz mənəvi miskinliyini başqalarının adına yazmaqdır". Mən rus dilli təhsil verən məktəblərin bağlanması ilə bağlı bir kəlmə də deməmişəm. Bu axmaqlıqdır. Ağıldankəmlər üçün bir daha deyirəm ki, ölkədə yaşayan hər kəs dövlət dilini öyrənməyə və bilməyə borcludur" — yazıçı bildirib.

Daha sonra o, sual edib: "Ancaq ölkədə 300-dən artıq rusdilli məktəb və institut varsa, onları bağlamaq lazımdır? Əksinə etmək olar. Azərbaycan məktəblərində təhsil səviyyəsini qaldırmaq olar. Daha heç bir şərhə ehtiyac yoxdur".

"Bu axmaqlığa inanmayanalara təşəkkür edirəm. Normal oxumağı öyrənin. Mənim deyə bilməyəcəyim sözü əlavə etsələr belə" — deyə qeyd edən yazıçı "Facebook"-da bir neçə nəfərlə dostluğunu da bitirdiyini əlavə edib.

Qeyd edək ki, dünən Ç.Abdullayevin "İnanmıram ki, kimsə Azərbaycanda, xüsusilə orta məktəblərdə təhsilin ana dilində, dövlət dilində olması fikri, mövqeyi ilə razı olmasın. Mən şəxsən inanmıram ki, kimsə buna etiraz etsin və ya onu başqa səmtə yozsun" fikirləri konteksdən çıxarılıb. Və bir çox istifadəçilər bunu rus dilli məktəblərin bağlanmasına işarə kimi qəbul edib.

Xəbər lenti
0