Jurnalistin yoxa çıxdığı yerdə 9 saat axtarış aparılıb

© Photo : AA/Şebnem CoşkunTürkiyə — Səudiyyə Ərəbistanı işçi qrupu bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış işlərini yekunlaşdırıb
Türkiyə — Səudiyyə Ərəbistanı işçi qrupu bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış işlərini yekunlaşdırıb - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və Səudiyyə Ərəbistanı nümayəndələri Baş Konsulluq ərazisini ayrı-ayrılıqda tərk ediblər

BAKI, 16 oktyabr — Sputnik. Səudiyyəli jurnalist Camal Qaşıqçının yoxa çıxmasını araşdırmaq üçün yaradılan Türkiyə — Səudiyyə Ərəbistanı işçi qrupu bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış işlərini yekunlaşdırıb. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, axtarış işləri 9 saat davam edib.

Camal Qaşıqçı - Sputnik Azərbaycan
Türklərdə Qaşıqçının ölümünə dair audio və video görüntü var - "Washington Post"

Müstəntiqlər axtarış zamanı, qan izlərini aşkarlamağa imkan verən infraqırmızı lampalar da daxil olmaqla mütəlif qurğu və alətlərdən istifadə ediblər. İşçi qrupun üzvləri, eyni zamanda Baş Konsulluğun ərazisində bağa baxış keçiriblər. Bir neçə saat sonra araşdırma yerinə iki yük maşını gəlib və ekspertiza üçün bu yük maşınlarına bağçadan torpaq nümunələri doldurulub.

Türkiyə və Səudiyyə Ərəbistanı nümayəndə heyətləri Baş Konsulluq ərazisini ayrı-ayrılıqda tərk ediblər. Axtarışın yekunlarına dair heç bir açıqlama verilməyib. Türkiyə tərəfdən istintaq tədbirlərində prokurorluq və İstanbul polisinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Səudiyyəli jurnalist Camal Qaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxalifətçilər də deyil. Bu, insanları qorxudur".

"Mən, sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Xəbər lenti
0