Qalmaqal: Səfir büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir

© Photo : Qazaxıstan XİN mətbuat xidmətiQazaxıstanın Özbəkistandakı səfiri Erik Utembayev
Qazaxıstanın Özbəkistandakı səfiri Erik Utembayev - Sputnik Azərbaycan
Abunə olmaq
Onun qanunsuz əməli zamanı dəyən zərər 400 min dollara yaxındır

BAKI, 16 oktyabr — Sputnik. Qazaxıstanın Özbəkistandakı səfiri büdcə vəsaitlərinin mənimsəməkdə ittiham edilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qazaxıstanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun məlumatına görə, onun 140 milyon tenge (378 min dollar) mənimsədiyi bildirilir.

"Milli büro Qazaxıstanın Özbəkistandakı səfirini külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ifşa edib" — qurumun yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, diplomat vəzifə səlahiyyətindən sui-istifadə edərək, Qazaxıstanın Özbəkistandakı səfirliyinin inzibati binasının tikintisi zamanı həyata keçirilmiş işlər üçün saxta aktlara imza atıb. Onun qanunsuz əməli zamanı dəyən zərər 140 milyon təngədir.

Qeyd edək ki, söhbət Qazaxıstanın Özbəkistandakı indiki səfiri Erik Utembayevdən gedir.

Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfirlə bağlı iddia nazirliyin keçmiş icraçı katibi Anarbek Karaşevin istintaq işi ilə əlaqəlidir.

2014-cü ilin iyul ayından 2018-ci ilin may ayına kimi ölkənin Xarici İşlər Nazirliyində icraçı katib vəzifəsində olan Karaşev 2018-ci ildə korrupsiya cinayətləri törətməkdə şübhə ilə həbs edilib.

Xəbər lenti
0