CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara müraciət edir

© pixabay / StockSnapЛюди за обедом, фото из архива
Люди за обедом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədi ilə videoçarx hazırlanıb

BAKI, 16 oktyabr — Sputnik. 16 oktyabr "Ümumdünya Qida Günü" kimi qeyd edilir. Belə ki, 1945-ci ilin həmin günü Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO təsis olunub.

Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün "Ümumdünya Qida Günü"nün şüarını "Sıfır aclıq" ("Zero Hunger") olaraq təyin edib. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirməklə 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.

Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Agentlik vətəndaşların Ümumdünya Qida Günü və qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədi ilə videoçarx təqdim edib.

Xəbər lenti
0