BAKI, 16 oktyabr — Sputnik. “Ermənistanın baş naziri Nikol Paşinyan 1 mart hadisələrin əsas iştirakçılarından biri olub. O, özü üçün ən rahat kontekstdə tarixi yenidən yazmaq istəyirdi”.
Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan "Bloomberg" nəşrinə müsahibəsində bildirib.
Koçaryan deyib ki, Paşinyanla tanış olmayıb: "Onunla heç vaxt görüşməmişəm. Ola bilsin ki, o hansısa mətbuat konfransında olub, lakin mən heç onu heç xatırlamıram belə. Mənim heç vaxt onunla şəxsi əlaqəm olmayıb".
O, qeyd edib ki, hətta indi də Paşinyanla heç bir əlaqəsi yoxdur.
“Paşinyan özü sizinlə əlaqə saxlamağa cəhd edibmi” sualını cavablandıran Ermənistanın ikinci prezidenti əlavə edib ki, onun fikrincə, Ermənistanın baş naziri ona nifrət edir: "Bunu mənə qarşı başladılan cinayətlər işləri də göstərir".
Koçaryan, vurğulayıb ki, Ermənistanda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək və baş nazir postuna öz namizədliyini irəli sürmək niyyətində deyil.