BAKI, 16 oktyabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın bu gün istefa verməsi gözlənilir. Sputnik Azərbaycan "Armenpress"-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.
"Baş nazir öz istefası barədə hökumətin növbədənkənar iclasında elan edəcəkmi?" sualına cavab olaraq Yeqoyan vurğulayıb: "Mən bu suala cavab verə bilmərəm. Ola bilsin ki, iclas zamanı, ola bilsin, bir saat sonra, ola da bilər, 7 saat sonra".