CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oqtay Əsədov: "Hər şeyi Milli Məclis edə bilməz ki!"

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin sədri müavinət ala bilməyən şəhid ailələri ilə bağlı təklif verib

BAKI, 16 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı təklif verib. Sputnik Azərbaycan xəbər verir ki, deputatlar şəhid ailələrinin müavinətlərlə bağlı çoxsaylı müraciətlər etdiklərini deyiblər.

Bu istiqamətdəki çıxışlardan sonra spiker O.Əsədov məsələnin həll edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu məsələyə yanaşma dəyişilməlidir.

"Hər şeyi Milli Məclis edə bilməz ki! Parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə, etdi, iclaslar keçirdi, müraciətlər etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Təklif edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və "Azərsığorta"nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun" — O.Əsədov vurğulayıb.

Xəbər lenti
0