BAKI, 16 oktyabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxildir.
"Banklar haqqında", "İpoteka haqqında", "Lotereyalar haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Pasportlar haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.
"Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlarda, Mülki, Mülki Prosessual, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişikliklərə baxılacaq.
İclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinə ikinci oxunuşda müzakirə ediləcək.