BAKI, 16 oktyabr — Sputnik. "Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib. Bildirilib ki, sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb.
Xatırladaq ki, Badamdar 20 —ci sahə yolunun sağ kənarında sürüşmə ərazisində gərginlik oktyabrın 1-də müşahidə edilib. Oktyabrın 12-də səhər saatlarında isə sürüşmə baş verib.