Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda böyük fırıldaqçılıq baş verdi

© Sputnik / Murad OrujovSənədin imzalanması, arxiv şəkli
Sənədin imzalanması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla əlaqəli hələ ki, heç kəs həbs edilməyib

BAKI, 16 oktyabr — Sputnik. Bakıda Nərimanov rayonunda 200 min manatlıq dələduzluq baş verib. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, oktyabrın 15-də rayon polis idarəsinə sahibkarlar Royal Bayramov və Ramil Zeynalov müraciət edərək, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Quliyev Azər Dağbəyi oğlu ilə birgə biznes qurmaq məqsədi ilə bağladıqları şifahi müqaviləni göstəriblər.

Zərərçəkmişlər iddia edib ki, bu ilin iyun ayında Quliyevə 210 min manat və 2200 ABŞ dolları veriblər. Belə ki, birgə biznes üçün pulun çox hissəsini Bayramov verib.

Zərəçəkmişlərin iddiasına görə, Quliyev nə öhdəliklərini yerinə yetirməyib, nə də pulu qaytarmayıb.

Hazırda Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsi faktı araşdırır.Faktla əlaqəli hələ ki, heç kəs həbs edilməyib.

Xatırladaq ki, ötən gün daxili işlər orqanlarında aldatma yolu ilə pulun mənimsənilməsi ilə bağlı 15 dələduzluq faktı qeydə alınıb.

Xəbər lenti
0