Kallum fırtınası təyyarəni silkələyəcək qədər güclü olub. Buna baxmayaraq, pilot özünü itirməyib və idarə etdiyi təyyarəni küləyin istiqamətinə uyğun olaraq döndərməyi, daha sonra isə endirməyi bacarıb. Halbuki, videodan küləyin təyyarəni nəzarətdə saxladığı açıq-aşkar görünür.
Qeyd edək ki, Kallum fırtınası oktyabrın ortalarından başlayaraq, Birləşmiş Krallığın nəqliyyat sistemini iflic edib.