CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhər yeməyi önəmli imiş

CC0 / jill111 / breakfastSəhər yeməyi, arxiv şəkli
Səhər yeməyi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər 102 könüllü üzərində araşdırma aparıb

BAKI, 15 oktyabr — Sputnik. Səhər yeməyi zamanı düzgün ərzaqların seçilməməsi beynin fəaliyyət mexanizmini təhlükəyə atır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu qənaətə Sidney Makkuori Universitetinin alimləri gəlib

Məlumata görə, ekspertlərin fikrincə yüksək yağ və şəkər tərkibli qidalar ən pis menyudur. Onun mənfi təsirini qidalanmanın 4-cü günündən hiss etmək mümkündür.

Qarpızın 10 faydası - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Qarpız yemək üçün on səbəb

Alimlər 102 könüllü üzərində araşdırma aparıblar. Onlardan heç biri sağlamlıq problemindən və artıq çəkidən şikayətlənməyib.

Birinci qrup səhər yeməyi zamanı qızardılmış tostlar yeyərək, şokoladlı-südlü kokteyl içib. Digər qrupa isə daha sağlam qidalar və ya az miqdarda faydasız menyu təklif edilib.

Birinci və 4-cü gün insanlar yaddaş testindən keçirilib. Şirin və yağlı qidalar yeyənlər ən pis nəticəi göstərib. Ekspertlər qeyd edirlər ki, sağlam olmayan qidalanma informasiyanı yadda saxlaya biləcək bilik funksiyasına təsir edən qan şəkərini yüksəldir.

Bundan başqa zərərli dieta saxlayan insanlar aclıq və toxluq hissini müəyyən edə bilmirlər. Araşdırma müəlliflərinin fikrincə, bu hipokampusun (beyin limbik sisteminin bir hissəsinin) işləməməsi səbəbindəndir.

Xəbər lenti
0