Şahlar Əsgərov: “Ali məktəblərdə dərs demək üçün alim-məmur yetişdirmək olar”
Azərbaycanda fəlsəfə dоktоru prоqrаmı üzrə təhsil alanların ümumi sayının 49 faizini 30 yaşadək gənclər təşkil edir. Elmlər dоktоru prоqrаmı üzrə təhsil alanların isə 63 faizini 40 və yuxarı yaşlılar təşkil edir.
Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda elmdə qocalmanın səbəbləri çoxdur:
“Bura inzibati, iqtisadi, sosial səbəblər daxildir. Hazırda alimlər özünü elmə tam həsr edə bilmir. Son 30-40 ildə alimlik məmur statusuna çevrilibdir. Yəni alimlər məmur olub. Bu da ona görədir ki, biz alimin sayını artırmağa cəhd edirik, keyfiyyəti yox. Sayın artması keyfiyyəti çox azaldıbdır. Amma ali məktəblərdə dərs demək üçün alim məmur yetişdirmək olar. Bizdə alim saatlarla alimdir”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz