Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İkinci "ağır artilleriya"mız hərəkətlənir, amma əl əməyindən texnikaya keçilməlidir

© AFP 2024 / ISSOUF SANOGOPambıq yığımı. Arxiv şəkli
Pambıq yığımı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Aparılan monitorinqlər göstərir ki, əksər rayonlarda pambıq yığımı yenə də əl yığımı ilə həyata keçirilir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Ötən ay Azərbaycanda pambığın alış qiyməti 50 manat artırılıb. Pambığın 1 tonunun alış qiymətinin 50 manat artırılması ilə pambıq istehsalıyla məşğul olan fermerlərin əlavə olaraq 12 mln. manatdan çox qazanc əldə etməsi gözlənilir. 1-ci növ pambığın qiyməti 600 manatdan 650 manata, 2-ci növ 580-dən 630 manata, 3-cü növ, 540-dan 590 manata, 4-cü növ 500-dən 550 manata qaldırılıb.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Mütəxəssislər Sputnik Azərbaycan-a pambığın alış qiymətinin artımını şərh ediblər. İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, pambığın alış qiymətinin artırılmasına ehtiyac var idi: "Alış qiymətin artırılması həm də pambıq istehsalçılarının stimullaşdırılması baxımından çox vacibdir. O baxımdan, pambığın alış qiymətinin artırılmasına ehtiyac var idi. Artım qərarı doğrudur".

"Amma bütövlükdə pambıq istehsalı və eləcə də pambıq yetişdirilməsi ilə bağlı məhsuldarlığa diqqət yetirsək, hələ də bəzi rayonlarda məhsuldarlıq aşağıdır. Bunun əsas səbəblərindən biri pambıq istehsalında, xüsusilə də yığımda texnologiyadan və kombaynlardan daha az istifadə olunması ilə bağlıdır. Ona görə də pambıq istehsalının və alış qiymətinin artırılması ilə yanaşı, məhsuldarlığın da artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Xüsusilə pambıq yığımında əl ilə deyil, kombaynlardan istifadə edilməsi olduqca vacibdir" — deyə ekspert bildirib.

O vurğulayıb ki, bu gün dünyanın azsaylı ölkələrində pambıq əl ilə yığılır: "Əl yığımı bir tərəfdən pambığın keyfiyyətinə təsir göstərir, digər tərəfdən isə vaxt itkisidir. Yağış mövsümü başlamadan pambıq yığımını başa çatdırmağa ehtiyac var. Azərbaycanda da pambıq yığımının intensivləşdirilməsinə, yəni kombaynlaşdırılmasına ehtiyac var".

Ekspertin fikrincə, texnologiyadan istifadə edilməsi olduqca vacibdir: "Amma hələlik aparılan monitorinqlər göstərir ki, əksər rayonlarda pambıq yığımı yenə də əl yığımı ilə həyata keçirilir. O baxımdan alış qiymətinin artırılması ilə yanaşı, pambıq yığımının modernləşdirilməsinə ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, növbəti mövsümdə daha çox kombayndan istifadə etməklə pambıq yığımına nail ola bilsin".

V.Bayramovun qənaətincə, gələcəkdə alış qiymətinin artırılması imkanları var: "Nəzərə alaq ki, bu, həm də bir stimuldur. Ümumiyyətlə, gələcəkdə pambığın alış qiymətinin bir sıra ölkələrdə olduğu kimi, diferensiallaşması da mümkündür. Amma eyni zamanda, daha çox pambıq yığan fermerlərə əlavə ödənişlər həyata keçirilə bilər".

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Müslüm İbrahimov

"Daha məqsədəuyğundur ki, hazırkı qiymətlər baza qiyməti olsun və gələcəkdə diferensial alış qiymətləri tətbiq edilsin. Bu, nəticədə fermerlərin və sahibkarların daha çox pambıq yetişdirməsini və yığmasını stimullaşdıracaq" – o, qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Müslüm İbrahimov da düşünür ki, pambıqçılığın inkişafı üçün ilk növbədə stimullaşdırma olmalıdır: "Dövlət bu sahəni inkişaf etdirmək üçün bir çox məsələləri öz üzərinə götürür. İlk olaraq burada risk məsələsi var".

"Yəni dünyada pambıq bazarında qiymətlərdə dəyişikliklər, volatilik olur və bu, çox çətin proqnoz verilən sahədir. Dünya pambıq bazarında qiymət dəyişikliyi olanda, dövlət bunu üzərinə götürür. Bu, pambıqçılara stimul verir" — mütəxəssis bildirib.

"Artıq Azərbaycan pambığın emalında böyük nailiyyətlər əldə edib. Ölkəmizin tekstil sahəsinin perspektivləri var. Bunun tərəqqisinə nail olmaq üçün ilk növbədə xammal bazasını daha da möhkəmləndirmək lazımdır" — deyə M.İbrahimov əlavə edib.

Xəbər lenti
0