BAKI, 15 oktyabr — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə — Ermənistan sərhədini pozan şəxsi saxlayıb. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, hadisə oktyabrın 14-də baş verib.
© Photo : RFTX-nin mətbuat xidmətiTürkiyə — Ermənistan sərhədini pozan şəxs saxlanılıb
Türkiyə — Ermənistan sərhədini pozan şəxs saxlanılıb
© Photo : RFTX-nin mətbuat xidməti
Belə ki, insident zamanı Ermənistan – Türkiyə sərhədini qanunsuz yolla keçmək istəyən İran İslam Respublikasının vətəndaşı saxlanılıb. Onun üzərində şəxsiyyəti təsdiq edən sənəd olmayıb. Saxlanılan şəxs bildirib ki, hərbi xidmətdən yayınmaq üçün sərhədi qanunsuz yolla keçib.
Sərhəd pozucusu Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.