CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbiətimizə qənim kəsilən “ovçular” tutulub

© pixabay / byrevOv tüfəngi
Ov tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib

BAKI, 15 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2018-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılaraq onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.

Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. 6 brakonyerin şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib.

Hazırda reydlər davam etdirilir.

Xəbər lenti
0