Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Maliyyə Bazarlarına Nəzarət Palatasında çatışmayan nədi – ekspert şərhi

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Elşad Məmmədov deyir ki, palatanın rəhbərliyi ekspert ictimaiyyətinin məsləhətindən istifadə etmirdi

Elşad Məmmədov: “Banklar real sektorun maliyyələşməsindən çəkilib”
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Palatanın yeni nizamnaməsində əksini tapıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu qərar faktiki olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin öz üzərinə düşən missiyanı yerinə yetirməməsinin göstəricisidir: 

“Palata bank-maliyyə sektorunda formalaşmış ciddi struktur problemlərinin həlli üçün yaradılmışdı. Bu gün kommersiya banklarının həm aktivlərinə, həm də passivlərinə nəzər salsaq görərik ki, problemlər hələ də qalmaqdadır. Banklar fatiki olaraq real sektorun maliyyələşməsindən çəkilib. Palatanın geniş səlahiyyətlərinə baxmayaraq, qarşısına qoyulmuş əsas məqsədə nail ola bilmədi. Rəhbərlik ekspert cəmiyyətinin, bu sahədə tanınmış alimlərin heç bir məsləhətindən istifadə etmədi. Sözsüz ki, bu da bank sektorunda problemlərin həllinə yönəlik siyasətin formalaşmamasının əsas səbəblərindən biridir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0