Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda vətəndaşlara 500 min “atan” qadın tutuldu

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İşin istintaqını aparan müstəntiq Cavid Əhmədov bildirib ki, F. Səfərova təxminən 35 nəfərə 480 min manatdan çox ziyan vurub

BAKI, 13 oktyabr — Sputnik. Bakıda vətəndaşlara yarım milyon manata yaxın ziyan vuran qadın saxlanılıb. Sputnik Azərbaycan “Xəzər Xəbər”ə istinadən bildirir ki, Yasamal Rayon Polis İdarəsinin əməliyyatçıları Neftçala sakini Fəxrəndə Səfərovanı çoxsaylı şikayətlər əsasında saxlayıblar.

Məlum olub ki, gənc qadın “İnstagram” sosial şəbəkəsində “İnşaatçılar” metrostansiyası yaxınlığında kosmetik əşyaların satıldığı mağazanı açdığı barədə məlumat yayaraq özünə şərik axtardığını bildirib. Saxlanılan Fəxrəndə Səfərovanın sözlərinə görə, o, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.

İşin istintaqını aparan müstəntiq Cavid Əhmədov bildirib ki, F. Səfərova təxminən 35 nəfərə 480 min manatdan çox ziyan vurub. Amma polis zərərçəkənlərin artacağını istisna etmir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər lenti
0