BAKI, 13 oktyabr — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan bu həftənin əvvəlində Rusiyaya təcili səfər edib. Sputnik Azərbaycan “Kommersant” nəşrinə istinadla xəbər verir ki, Moskvaya gedən Sarkisyan Rusiya XİN-in başçısı Sergey Lavrovla görüşüb.
Nəşr Rusiya dövlət strukturlarındakı mənbəsinə istinadən xəbər verir ki, danışıqların mərkəzində Rusiya-Ermənistan əlaqələri, mümkün parlament seçkiləri ərəfəsində ölkədəki situasiya və yeni hökumətin cinayət işi açdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ətrafındakı kazus olub.
Sarkisyan Moskvaya Paris və Nyu-York səfərlərindən qayıdarkən gedib.