CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva məşhur universitetə təbrik məktubu ünvanladı

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci MDTU-nun yeganə filialı 2015-ci ildə Bakıda açılıb

BAKI, 13 oktyabr — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTD) professor-müəllim heyətini, tələbələrini və məzunlarını bu ali məktəbin 260 illik yubileyi münasibətilə təbrik edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin rektoru Pyotr Qlıboçkoya təbrik məktubunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən yubiley gecəsində təqdim edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
SİYASƏT
Mehriban Əliyeva təbriklərə cavab verdi

Məktubda deyilir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti özünün “Bərabərlər arasında birinci!” devizini tamamilə doğruldur. Nadir akademizm və novatorluq, yaradıcı axtarış və məsuliyyət atmosferi Seçenov Universitetinin çox böyük elmi, mədəni və mənəvi mərkəzə çevrilməsinə imkan verib. Universitetin professorları və müəllimləri həmişə öz yüksək erudisiyası, ziyalılığı və ən başlıcası, öz humanist peşəsinə sevgisi və sədaqəti ilə fərqləniblər. Birinci Tibb Universitetinin nüfuzu və şöhrəti Rusiyanın sərhədlərini çoxdan aşıb. Axı həqiqi elm mahiyyət etibarilə beynəlmiləldir, onun inkişafı beynəlxalq elmi-təhsil əməkdaşlığından ayrılmazdır.

Azərbaycanın Birinci vitse-prezidenti öz məktubunda Seçenov Universitetinin beynəlxalq əlaqələrinin geniş coğrafiyaya malik olmasını qeyd edir. MDTU-nun Bakıda açılmış filialı özünün təhsil, müalicə və elmi fəaliyyətini uğurla həyata keçirir. Bu, Azərbaycan ilə Rusiyanın dostluq münasibətlərinə daha bir parlaq sübutdur. Təbrik məktubunda vurğulanır: “Ölkələrimiz elmi və humanitar əməkdaşlığı, vahid təhsil və mədəni məkanı qoruyub saxlayıb və möhkəmləndiriblər. İki əsrdən artıq fəaliyyəti dövründə Seçenov Universiteti böyük yol keçib, adlı-sanlı həkimlərin, alimlərin və maarifçilərin gözəl nəslini yetişdirib. Seçenov Universiteti insanların həyatının və sağlamlığının qorunub saxlanması naminə humanizm və şəfqət ideallarına əsaslanan nəcib missiyasını davam etdirir. Birinci MDTU təkcə Rusiya üçün deyil, həm də bir sıra başqa ölkələr üçün tibbi kadrlar hazırlanan iri mərkəzdir. Siz Seçenov Universitetinin ən yaxşı ənənələrini, tədrisin və həkim sənətinin ən yüksək standartlarını qoruyub saxlayırsınız. Bu gün sizin məzunlar dünyanın bir çox guşələrində elmi araşdırmalar aparır, insanlara sağlamlıq və həyat sevincini qaytarırlar. Seçenov adına Tibb Universitetinin yubileyi təkcə Rusiya üçün deyil, bütün dünyanın tibbi və elmi ictimaiyyəti üçün və əlbəttə, şəxsi bioqrafiyası Seçenov Universiteti ilə bağlı olan hər kəs üçün parlaq, mühüm hadisədir. Mən bu nüfuzlu universitetin məzunu olduğuma görə qürur duyuram və aldığım biliklərə, dəyərli şəfqət və xeyirxahlıq məktəbinə görə öz müəlimlərimə təşəkkür edirəm”.

Birinci vitse-prezident Seçenov Universitetinin müəllimlərini və tələbələrini bu əlamətdar tarix münasibətilə təbrik edib, Birinci MDTU-nun həmişə belə yüksək nüfuz və hörmət sahibi, yeni ideyalar üçün açıq, xeyirxah və nurlu məkan kimi qalmasını arzu edib.

Birinci MDTU-nun yeganə filialı 2015-ci ildə Bakıda açılıb. Filialda təhsil Seçenov Universitetinin tədris planları və proqramları əsasında həyata keçirilir, məşğələlər rus dilində aparılır. Filialın məzunlarına Birinci MDTU-nun diplomu verilir.

Xəbər lenti
0