BAKI, 13 oktyabr — Sputnik. İraqın paytaxtı Bağdatda internetdə məşhur olan gənc öldürülüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, öldürülən şəxsin adı Hamudi Əl-Mutayiridir. “Instagram şahzadəsi” ləqəbi ilə tanınan gənc fenomen evlərinə qayıdan zaman naməlum şəxslər tərəfindən qaçırılaraq öldürülüb.
© Photo : Hamudi el-Mutayirinin sosial şəbəkədə paylaşımıHamudi el-Mutayiri
Hamudi el-Mutayiri
© Photo : Hamudi el-Mutayirinin sosial şəbəkədə paylaşımı
Cinsi oriyentasiyasına görə öldürülən Əl-Mutayiri can verən zaman videosu çəkilib və yayılıb. Bu da sosial şəbəkələrdə aqressiya ilə qarşılanıb. Hətta gənci sevənlər buna görə aksiya da keçiriblər və onunla bağlı xatirələrini və şəkillərini paylaşıblar.