CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almaniyada oğurlanan maşın Azərbaycanda saxlanıldı

© DGK mətbuat xidmətiGömrük işçiləri tərəfindən saxlanılmış avtomobil
Gömrük işçiləri tərəfindən saxlanılmış avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur

BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mercedes-Benz E 220" markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, "Mercedes-Benz E 220" markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0