ELM

Valideynlərdən təhsil nazirinə qəribə şikayət: Uşaqlarımıza saxta "beş"lər yazılır

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidİbtidai sinif şagirdinin dəftəri, arxiv şəkli
İbtidai sinif şagirdinin dəftəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Məktəbin müəllimi səhvlərlə dolu nümunələri yazı lövhəsinə yazır, uşaqlardan onları dəftərə köçürməyi tələb edir və onlara saxta "beş" yazır"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. Məktəblilərin valideynləri Azərbaycanda təhsilin keyfiyyətindən narazıdırlar və həyəcan təbili çalırlar. Bununla əlaqədar olaraq Bakının 169 saylı tam orta məktəbinin 2-ci sinif şagirdlərinin valideyn qrupu təhsil naziri Ceyhun Bayramov və Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya şikayət məktubu ünvanlayıb.

Ребенок, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Dini sektaya qoşulan ailənin övladı Bakı məktəbində dəhşətli əmələ əl atıb

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev məlumat verib. Onun sözlərinə görə, valideynlər bununla bağlı ona müraciət ediblər və nəticədə nazirə şikayət ərizəsi ilə müraciət ünvanlanıb.

Belə ki, Bakıxanov qəsəbəsində yerləşən 169 saylı məktəbin 2E sinifinin şagirdlərinin valideynləri pedaqoq Maya Hüseynovanın qeyri-peşəkarlığından, məsuliyyətsizliyindən və saxta "beş"lərindən şikayətçidirlər. Valideynlər qeyd ediblər ki, Hüseynova uşaqların təhsilinin keyfiyyəti ilə maraqlanmır və onların psixi sağlamlığına, təhlükəsizliyinə çox səhlənkar yanaşır.

© © Foto F.Əliyev tərəfindən təqdim olunubMaya Hüseynovanın şagirdlərindən birinin "Rus dili" fənni üzrə dəftəri
Maya Hüseynovanın şagirdlərindən birinin Rus dili fənni üzrə dəftəri - Sputnik Azərbaycan
Maya Hüseynovanın şagirdlərindən birinin "Rus dili" fənni üzrə dəftəri

"Hüseynova nümunələri səhvlər buraxmaqla lövhəyə yazır ki, uşaqlar onu dəftərə köçürsünlər. Sonra müəllim bu kobud səhvlərlə dolu dəftərləri yoxlayır və uşaqlara yüksək qiymət yazır" — deyən valideynlər bunu sübut etmək üçün valideynlər bütün sinifdən yığılmış səhvlərlə və "beş"lərlə dolu dəftərləri, onların surətlərini şükayət etdikləri ünvanlara, eləcə də redaksiyamıza təqdim ediblər.

Bununla yanaşı, valideynlər qeyd ediblər ki, sözügedən müəllim 20 sentyabr 2018-ci il tarixində 2E sinfinin şagirdlərini özbaşına qoyub: "Cədvələ görə dərs saat 12:05-də bitməlidir, lakin artıq saat 11:30-dan uşaqlar valideynlərini gözləyərkən məktəbin həyətində məqsədsiz şəkildə dolaşıblar və bu zaman yanlarında müəllim olmayıb. Bu faktı isə məktəbə uşağını gətirmək üçün daha erkən gedən valideynlər təsdiq edə bilərlər".

© © Foto F.Əliyev tərəfindən təqdim olunub"Riyaziyyat" fənni üzrə dəftər
Riyaziyyat fənni üzrə dəftər - Sputnik Azərbaycan
"Riyaziyyat" fənni üzrə dəftər

Valideynlər uşaqları nəzarətdən kənar qoymasını müəlliməyə irad tutanda, Hüseynova kobud şəkildə onlara deyib ki, hara istəsələr, şikayət edə bilərlər. Valideynlər də müəllimin uşaqları ilə bu şəkildə davranmasına göz yuma bilməyiblər.

Valideynlər öz məktublarında AR Konstitusiyasının və müvafiq qanunların hər bir vətəndaşın keyfiyyətli təhsil almaq, dövlət tərəfindən pulsuz təhsillə təmin edilmək hüququnun olduğu, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilməsi, öz xidməti vəzifələrini yerinə yetirməyən və vəzifə səlahiyyətindən sui-istifadə edənlərin məsuliyyətə cəlb olunması barədə müddəalarını xatırladıblar.

Şikayətçilər ərizələrində mövcud qanunvericilikdən xəbərdar olduqlarını diqqətə çatdıraraq, Təhsil Nazirliyindən öz səlahiyyətlərini icra edərək tabeçiliyində olan pedaqoqlara nəzarəti həyata keçirməyi və onlardan öz vəzifə borclarını yerinə yetirməyi tələb etməyi xahiş ediblər.

© © Foto F.Əliyev tərəfindən təqdim olunub"Riyaziyyat" fənni üzrə dəftər
Riyaziyyat fənni üzrə dəftər  - Sputnik Azərbaycan
"Riyaziyyat" fənni üzrə dəftər

Şikayət ərizəsində o da qeyd olunub ki, Maya Hüseynovanın hərəkətləri valideynlər tərəfindən onlara qarşı hörmətsizlik kimi qiymətləndirilir. Buna görə də valideynlər Təhsil Nazirliyindən Hüseynovanı peşəkar və yüksək ixtisaslı kadr tələblərinə tamamilə cavab verən başqa müəllimlə əvəzləməyi xahiş edirlər. Şikayət ərizəsini 2E sinif şagirdlərinin 20 valideyni imzalayıb.

Xəbər lenti
0