BAKI, 12 oktyabr — Sputnik. Bu gün gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə əlaqədar Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerində olublar.
Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə hazırda araşdırmalar aparılır.
Vətəndaşların və Badamdar yolundan keçən avtonəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində hərəkət məhdudlaşdırılıb.
Əraziyə yaxın obyektlərin fəaliyyəti dayandırılıb. Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri barədə xəbərdarlıq edilib.
Hazırda ərazidə araşdırmalar aparılır.