SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Avropa siyasi elitası öz dəyərlərini zərbə altında qoyur”

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, bəzi dairələr lobbiçiliklə məşğul olaraq eyni vəziyyətdə müxtəlif yanaşmalar tətbiq edirlər

Tofiq Abbasov: “AŞPA-da ikili standartlar tətbiq olunur”
“Hazırda Avropa Şurası böhran yaşayır”. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Avropa Şurasının gələcəyinə həsr edilmiş müzakirələr zamanı deyib.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a bildirir ki, böhran təzadlı mövqelərin toqquşması nəticəsində yaranır: “AŞPA-nın prinsipləri və fəaliyyət normativləri bəllidir. Məsələ burasındadır ki, AŞPA-da hər zaman siyasi vektorlar dəyişilir, ikili standartlar tətbiq olunur. Bəzi dairələr orada lobbiçiliklə məşğuldur, eyni vəziyyətdə müxtəlif yanaşmalar tətbiq edirlər. Bununla da onlar öz demokratiya prinsiplərinə xələl gətirirlər. Böhran məhz ondan ibarətdir ki, bütün prossedurlar, normalar saxta tərzdə ifadə olunur. Avropanın qabaqcıl siyasi elitasını təmsil edən qüvvələr demokratiya normalarından yayınırlar. Həmin siyasi təmsilçilər yüksək amal və dəyərləri zərbə altında qoyurlar”. 

Politoloqun geniş şərhinə audiofaylda baxa bilərsiniz

Xəbər lenti
0