Sabah Türkiyədə ABŞ-a yönəlik tarixi qərar verilə bilər

© AFP 2024 / MURAD SEZER Türkiyə və ABŞ bayraqları
Türkiyə və ABŞ bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, ABŞ-Türkiyə əlaqələri baxımından əhəmiyyətli bir addım olacaq

BAKI, 11 oktyabr — Sputnik. Sabah İzmirdə ev həbsində saxlanılan amerikalı rahib Endryu Bransonun məhkəməsi keçiriləcək. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, Vaşinqton bu məhkəmədə Bransonun azadlığa buraxılacağına ümid edir.

ABŞ dövlət katibi Mayk Pompeo rahibin məhkəməsi ilə bağlı açıqlama verib: "Rahibi sərbəst buraxmaq ən doğrusu olar. Rahibin sərbəst buraxılması ABŞ-Türkiyə əlaqələri baxımından da əhəmiyyətli bir addım olacaq".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ-yə yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Xəbər lenti
0