Şahzadə Salman jurnalistin qaçırılmasından xəbərdar olub - "The Washington Post"

© Photo : Xədicə Cengizin şəxsi arxivindənCamal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə
Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanında olan yüksək rütbəli məmurların jurnalistin itməsi ilə birbaşa bağlılığı var

BAKI, 11 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ben Salman əl-Saud müxalif jurnalist Camal Qaşıqçının ölkəyə gəlməsinə şərait yaradaraq onu həbs etməyə çalışıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu "The Washington Post" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanında olan yüksək rütbəli məmurların jurnalistin itməsi ilə birbaşa bağlılığı var. Həmçinin məlumatda vurğulanır ki, Səudiyyə Ərəbistanının nümayəndələri son aylar dəfələrlə Qaşıqçını ölkəsinə qayıtmağa çağırıblar. Ona qoruma və hökumətdə yüksək vəzifə təklif olunub. Jurnalistin özü isə qəzetə bildirib ki, bu cür təkliflərə skeptik yanaşır. 

Cemal Kaşıkçı - Sputnik Azərbaycan
Gözlənilməz hadisə Ankara, Ər-Riyad və Vaşinqtonu bir-birinə vurdu

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Kaşıkçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Səudiyyə jurnalist Camal Qaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur.

"Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Xəbər lenti
0