CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaz balonunu anam alıb: Məktəbi bir-birinə vuran uşaq etiraf etdi

© AFP 2024 / JACK GUEZQaz balonu, arxiv şəkli
Qaz balonu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəb rəhbərliyinə təlimat verilib ki, gələcəkdə ehtiyatlı olsunlar və uşaqların təhlükəli əşyaları məktəbə gətirməmələri üçün onların çantalarını yoxlasınlar.

BAKI, 11 oktyabr — Sputnik. Bakı məktəbindəki qaz hücumu hər şeylə maraqlanan məktəbli oğlanın şıltaqlığının nəticəsi olub. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları 76 nömrəli məktəbdə qaz balonunu kimin püskürtdüyünü müəyyənləşdirib.

Bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, oktyabrın 10-da 9 nəfər 6-cı sinif şagirdi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Məktəblilərdən biri sinifdə içərisində bibər qazı olan balonu püskürtdükdən sonra, uşaqlar arasında təlaş başlayıb. Nəticədə 1-i oğlan, 8-i qız olmaqla 9 uşaq xəstəxanaya aparılıb.

Həkimlər uşaqları müayinə ediblər və onlarda toksiki zəhərlənmə halı aşkarlanmayıb. Onlarda sadəcə təngnəfəslik, kəskin ürək döyüntüsü və isterik nevrozun əlamətləri qeydə alınıb.

Araşdırma zamanı məlum olub ki, hadisə saat 11:00-da baş verib. Məktəbə qaz balonunu altıncı sinif şagirdi, 2007-ci il təvəllüdlü A.B. gətirib. O, etiraf edib ki, qaz balonunu ona anası — 1982-ci il təvəllüdlü S.B. (etik nöqteyi-nəzərdən adını tam yazmırıq-red.) verib. Məktəbdə M.M. adlı uşaq balonun necə işlədiyinə baxmaq üçün onu A.B.-dən istəyib. Sonra balonu ələ keçirən M.M. sinifdə onu yoldaşlarının üzərinə püskürdüb. Nəticədə məktəbə təcili yardım çağırılıb və 9 uşaq zəhərlənmə ehtimalı ilə toksikoloji mərkəzə aparılıb.

Asayiş keşikçiləri baş verən hadisənin günahkarları ilə maarifləndirici söhbət aparıblar. Məktəb rəhbərliyinə də təlimat verilib ki, gələcəkdə ehtiyatlı olsunlar və uşaqların təhlükəli əşyaları məktəbə gətirməmələri üçün onların çantalarını yoxlasınlar.

Xəbər lenti
0