BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər ediblər.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev və Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Qeyd olunur ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq "Yeni Yaşma" Külək Elektrik Parkının açılışında iştirak ediblər.
Dövlət başçısı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsib.