Prezidentin xəbərdarlığı üzrə hərəkətə keçilib, cəzalar tətbiq olunacaq

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması ilə bağlı tədbir keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması ilə bağlı tədbir keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN ölkə ərazisinə ziyan vuran şəxslərlə bağlı ciddi tədbirlər görür

BAKI, 11 oktyabr — Sputnik. "Ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması olduqca vacib və prioritet məsələ kimi daim gündəlikdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bununla bağlı sərt tədbirlər görülür, lakin ağac kəsintisinin tam aradan qaldırılması üçün hər kəsin bu işdə bizə yardımçı və dəstək olmasını gözləyirik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu gün keçirilən tədbirdə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimov deyib. 

Приморский парк в Баку - Sputnik Azərbaycan
ETSN hava şəraitindən gözləntiləri açıqladı

O bildirib ki, nazirlik tərəfindən görülən tədbirlərlə yanaşı, təbiətə, yaşıllığa ziyan vuranların cəmiyyət tərəfindən də qınaq obyektinə çevrilməsi, tənbeh olunması davam etdirilməlidir: "Çünki çox vaxt ictimai tənbeh inzibati tədbirlərdən daha təsirli olur. Nazirlik ağacların kəsilməsini, yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir və təbiətə ziyan vuranlara qarşı bundan sonra da qəti və barışmaz mövqe nümayiş etdirəcək".

Nazirliyin sözçüsü qeyd edib ki, "Görülən tədbirlərin bu gün müəyyən nəticəsi var. Aparılan statistika və müşahidələr göstərir ki, son aylarda Respublika ərazisində ağac kəsintisi faktları xeyli azalıb. Bu tendensiya, həm meşə sahələrində, həm də yaşıllıq massivlərində müşahidə olunur. Ağac kəsintisi hallarının azalması Nazirliyin sərt və qətiyyətli mövqe nümayiş etdirməsi ilə bərabər, eyni zamanda vətəndaşların, ictimaiyyət nümayəndələrinin və media orqanlarının da fəallığı ilə əlaqədardır".

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, son 3 ay ərzində ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb. Onun sözlərinə görə, bu ilin son 6 ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib. Bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib.

© Sputnik / Irade JELILFirdovsi Əliyev
Firdovsi Əliyev - Sputnik Azərbaycan
Firdovsi Əliyev

"Müqayisə üçün bildirək ki, son 3 ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb. Aparılan təhlillər göstərir ki, Nazirliyin "qaynar xətt"inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında da əhəmiyyətli dərəcədə azalma var. May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub" — F.Əliyev deyib.

O deyib ki, vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında 30-a yaxın ağacın kəsilməsinin qarşısı alınıb. Yaşıllıqların mühafizəsində göstərdikləri vətəndaşlıq mövqeyinə, Nazirliyin fəaliyyətinə dəstək verdiklərinə görə bu şəxslərə Nazirlik tərəfindən təşəkkür edilib. 

Avtovağzal - Sputnik Azərbaycan
HADİSƏ
ETSN: Bakı avtovağzalının qarşısındakı yolda çökmə prosesi aktivləşib

Nazirlik rəsmisi onu da əlavə edib ki, görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ağac kəsintisi tamamilə aradan qalxmayıb: "Ölkə başçısının da Nazirlər kabinetinin iclasında qeyd etdiyi kimi, ağacların kəsilməsi halları xeyli azalıb, amma tam aradan qaldırılmayıb. O qeyd edib ki, nazirlik tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq".

Daha sonra Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov çıxış edib. O qeyd edib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır. Bu da havanın çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur.

"Əhali tərəfindən ETSN-yə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından bu günədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən 217-nin ətraf ərazilərində monitorinq və araşdırma aparılıb" — deyə çıxışçı bildirib.
R.Bağırovun sözlərinə görə, may ayında aparılan araşdırmalar zamanı məlum olub ki, şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa yalnız 1 şadlıq sarayında belə qurğunun olduğu müəyyən edilib: "Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması məqsədilə vaxt verilib".

"Verilmiş vaxt müddətində 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir. Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq" — o deyib.

Bağırovun sözlərinə görə, Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, demək olar ki, heç bir iş görülməyib.

R.Bağırov, həmçinin qeyd edib ki, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır ki, bununla bağlı Nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur: "Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Araşdırmaların nəticələri göstərib ki, bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir. Daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur".

Qurum rəsmisi onu da əlavə edib ki, bu, olduqca acınacaqlı və narahatedicidir: "Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib".

Xəbər lenti
0