Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçı: “Nağdsız hesablaşmalar genişlənəcək”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, bundan sonra maliyyə köçürmələri zamanı rəqəmləri dəyişdirmək, onlarla manipulyasiya etmək mümkün olmayacaq

Müslüm İbrahimov: “Maliyyə köçürmələri zamanı manipulyasiya etmək mümkün olmayacaq”
Prezident İlham Əliyev “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiqləyib.

Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu, təkcə nağdsız ödənişlərin genişləndirilməsinə deyil, həm də digər əməliyyatların aparılmasına imkan yaradacaq: 

“Yəni bundan sonra maliyyə köçürmələri zamanı rəqəmləri dəyişdirmək, onlarla manipulyasiya etmək mümkün olmayacaq. Bu proqramda nağdsız hesablaşmaların genişləndirilməsi ən sadə məqsəddir. Əsas məqsəd odur ki, bütün respublika ərazisində maliyyə əməliyyatlarının həyata keçirilməsi zamanı şəffaflıq yaransın. Təbii ki, bu nağdsız hesablaşmaların genişlənməsinə şərait yaradacaq”.

Azərbaycanda sayı getdikcə artan ödəniş sistemlərinin sayəsində hər il plastik kartlarla internet ödənişlərində 10%, POS-terminallarla ödənişlərdə isə, təxminən, 2 dəfə artıma nail olunur.

Xəbər lenti
0