Azərbaycanda cərimələr kəskin artırılacaq

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов на столе
Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, yaxın günlərdə baş verəcək

BAKI, 11 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunmasının vacibliyi ilə bağlı tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin artırılacağının gözlənildiyini qeyd edib.

"Bizim əsas məqsədimiz yaşıllıqların məhv edilməsinin qarşısını almaqdır. Biz buna çalışırıq. Yəqin ki, cərimələr 5-6 dəfə artırılacaq. Bu, yaxın günlərdə baş verəcək" — deyə nazir müavini vurğulayıb.

Xəbər lenti
0