Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Azərbaycan TAP-ı həyata keçirərkən regiondakı vəziyyəti nəzərə alıb”

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, layihənin iştirakçı dövlətləri Azərbaycanı regionda öz sözünü deyə bilən oyunçu kimi qəbul edirlər

İlqar Vəlizadə: “Belə layihələrdə müxtəlif güclərin olması təhlükəsizlik üçün vacibdir”
“2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olub. Bu ilin may ayında biz Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, TAP-ın fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan bütün hədəflərinə çatmağa qadirdir: 

“Bu layihənin iştirakçı dövlətləri Azərbaycanı regionda öz sözünü deyə bilən oyunçu kimi qəbul edirlər. Bu layihədə geosiyasi və iqtisadi amillər, əməkdaşlıq şəraiti hamısı nəzərə alınıb. Bu amillər nəzərə alındığı üçün belə iri miqyaslı layihə gerçəkləşdirilir. Azərbaycan bu layihəni həyata keçirərkən regiondakı vəziyyəti, iqtisadi tendensiyaları nəzərə alıb. Bu da iştirakçıların Azərbaycanla əməkdaşlıqda marağını artırır. Belə layihələrdə müxtəlif güclərin təmsil olunması regionda təhlükəsizlik baxımından vacibdir. Bu, həm də bölgənin təhlükəsizliyinin artırılmasına xidmət edir”.

Xəbər lenti
0